Dünya 15:23 16.06.2020

ABŞ iyul ayında edam cəzasını bərpa edəcək

Amerika Birləşmiş Ştatları federal rəsmiləri təxminən iyirmi illik fasilədən sonra ölüm hökmünü gələn ayın ortalarında bərpa etmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yayımlanan açıqlamada bildirilir.

"Edam cəzası bu günə təyin olunmuş dörd qatil Konstitusiyaya və qanunlara uyğun olaraq tam və ədalətli mühakimədən keçdi", - şöbə müdiri Vilyam Barr deyib.

Alpər