Dünya 11:03 21.11.2018

ABŞ meksikalı miqrantlara mane olmaq üçün milyonlar xərcləyir

Pentagon Meksikadan ABŞ-a daxil olmaq istəyən miqrantlara mane olmaq üçün milyonlar xərcləyir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pentagon rəsmilərindən polkovnik Rob Manninq açıqlama verərək 15 dekabr 2018-ə qədər sərhəddə xidmət edən ABŞ əsgərlərinin daşınması və geri çağırılmasının ümumi xərcinin 72 milyon dollar olduğunu bildirib. 

Miqrant axınına qarşı göndərilən qüvvələrin 15 dekabrda geri çəkilməsi gözlənilir.

Qeyd edək ki, sərhəddə 7 mindən çox meksikalı miqrant ABŞ-a keçmək üçün gözləyir. Ötən gün hakim Con Tiqar prezident Donald Trampın miqrantların ölkəyə buraxılmasına qoyduğu qadağanı müvəqqəti olaraq ləğv edib.

Gülşən