Dünya 10:30 17.09.2020

ABŞ oktyabrda koronavirusun kökünü kəsməyə başlayacaq – Tramp vəd etdi

ABŞ-da əhalinin kütləvi peyvənd edilməsinə oktyabr ayında başlanılmalıdır.

Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə danışarkən deyib.

Trampın fikrincə, bu "oktyabr ayının ortalarında, bəlkə bir az sonra" baş verə bilər. Amerika lideri peyvəndin kütləvi istehsalının Qida və Dərman İdarəsinin (FDA) təsdiqindən dərhal sonra başlayacağını da əlavə edib. Onun sözlərinə görə, 2020-ci ilin sonunadək ölkədə ən azı 100 milyon doza koronavirus peyvəndi istehsal ediləcək.

Bundan əlavə, Trampın dediyi kimi, rəhbərlik peyvəndin təsdiqlənməsindən dərhal sonra ölkənin müxtəlif bölgələrinə tədarükü üçün plan hazırlayıb.
 
Alpər