Dünya 12:30 02.11.2019

ABŞ ordusu yenidən tərk etdiyi Kobaniyə qayıtdı: Bazalar qurulur

"Barış pınarı” hərəkatı ərəfəsində Suriya-Türkiyə sərhədindəki Aynularab (Kobani) mahalının cənubundakı bazasını boşaldan ABŞ ordusu geri qayıdaraq yenidən baza qurmağa başlayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ ordusu əraziyə göndərdiyi 50-yə qədər zirehli texnika və çox sayda İraq nömrəli yük maşını Suriyanın şimalındakı M4 yolundan Aynularabın cənubunda yerləşən Sirrin mahalına çatıb.

ABD əsgərləri bir qədər əvvəl boşladıb dağıtdığı bazanı yenidən qurmaq üçün fəaliyyətə başlayıb. 

Xatırladaq ki, Türkiyə sərhədinə təxminən 30 kilometr uzaqlıqdakı Sırrinde və yaxınlğındakı Sebit kəndində ABŞ-ın bazaları olub. Bu bazaları ABŞ "Barış pınarı” əməliyyatı zamanı boşaltmışdı.

Alpər