Dünya 14:12 14.03.2019

ABŞ qadağan olunmuş 2 raketi sınaqdan keçirəcək

ABŞ qadağan olunmuş 2 raketi sınaqdan keçirməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, raketlərin adları barədə dəqiq məlumat verilməyib, lakin mənzili 1000 km olan kruz raketi və 3-4 min km mənzilə sahib ballistik raket olacağı açıqlanıb. Kruz raketi avqust ayında, ballistik raket isə oktyabrda sınaqdan keçiriləcək. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı razılaşma şərtlərini pozmaqda ittiham edərk ötən ilin avqust ayında Orta Mənzilli Nüvə Qüvvələri Sazişindən çəkiləcəyini açıqlayıb. Bu qərardan sonra Rusiya da razılaşmanı tərk edib.

Gülşən