Dünya 10:54 19.02.2020

ABŞ Rusiyanı Krımdan qoşunlarını çıxarmağa çağırdı

"Rusiya hakimiyyətini Şərqi Ukrayna və Krımdan bütün hərbi hissələri çıxarmalı, eləcə də Minsk razılaşmaları üzrə öhdəliklərinə əməl etməlidir”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasında çıxış edən amerikalı diplomat Çerit Norman Şale deyib. 

"Rusiya tərəfi bu münaqişəyə qoşunlarının Şərqi Ukrayna və Krımdan çıxarılması ilə son qoymalıdır. ABŞ Moskvanı Minsk razılaşmalarına uyğun olaraq təhlükəsizlik öhdəliklərini dərhal yerinə yetirməyə çağırır", - Çerit Norman Şale Nyu Yorkdakı görüşündə bildirib.

"Ukraynaya ilə bağlı birmənalı mövqeyimiz var. Krımın Kreml tərəfindən ilhaqını tanımırıq. Ukraynanın bütün ərazilərinə nəzarəti bərpa etməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq", - Şale əlavə edib.
 
Günay