ABŞ Dövlət Departamenti vəliəhd Məhəmməd bin Salmanın yeni "Qaşıqçı qadağası" çərçivəsində ABŞ-ın viza məhdudiyyətlərinə məruz qalan Səudiyyə rəsmilərindən biri olub-olmadığını söyləməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, həmin qadağa Səudiyyə müxalifi və "Washington Post” qəzetinin köşə yazarı Camal Qaşıqçının adını daşıyır, onun 2018 sui-qəsdi və bədəninin parçalanmasına vəliəhd şahzadə tərəfindən göstəriş verilib.
Bayden administrasiyası 76 Səudiyyə Ərəbistanı vətəndaşının bu qadağa üzrə məhdudiyyətlərə məruz qaldığını və onların ABŞ-dakı Səudiyyə müxaliflərini qorxutmaq cəhdlərinə qatıldıqlarına inandıqlarını bildirib.
Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi günü Şahzadə Məhəmmədin siyahıda olub-olmadığını söyləməyib.
"Bu 76 nəfərlik siyahıya daxil olanların şəxsiyyətlərini təfərrüatlı şəkildə söyləyə bilmirik və gələcəkdə də kimlərin əlavə oluna biləcəklərini əvvəlcədən nəzərdən keçirə bilməyəcəyik", - Prays deyib.
"The Guardian” xəbər verir ki, vəliəhd şahzadəyə təzyiqlərə cavab olaraq əlavə edib: "Mən heç kimi bu siyahıya daxil etmir və daxil ediləcəyini istisna etmirəm".
Alpər