Dünya 17:07 15.05.2019

ABŞ ştatında abort qadağan olunur

ABŞ-ın Alabama ştatında abort qadağan olunur.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, senatorlar hamiləliyin istənilən mərhələsində, insest və zorlanma halında belə baş verən hamiləliyi sonlandırmağı qadağan edən qanunu səsverməyə çıxarıb. 25 senator qanunun leyhinə, 6 senator isə əleyhinə səs verib. Qərar təsdiq üçün ştat qubernatoruna veriləcək.

Qeyd edək ki, bu ilin əvvəlində Luiziana ştatında da abort qadağan edilmiş, lakin Ali Məhkəmə qanuna veto qoymuşdu.

Gülşən