Dünya 17:03 12.01.2022

ABŞ Tokayevin KTMT-nin çıxarılması ilə bağlı bəyanatına qiymət verdi

ABŞ hakimiyyəti Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT sülhməramlı kontingentinin respublika ərazisindən tezliklə çıxarılması ilə bağlı bəyanatını alqışlayır.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

"Birləşmiş Ştatlar Qazaxıstan prezidentinin sülhməramlı kontingentin missiyasının başa çatması ilə bağlı bəyanatını alqışlayır... Biz həmçinin KTMT-nin bütün kollektiv sülhməramlı qüvvələrini insan hüquqlarına hörmət etməyə və Qazaxıstan hökumətinin tələb etdiyi kimi bölmələri dərhal ölkədən çıxarmaq öhdəliyini yerinə yetirməyə çağırırıq”, - deyə Prays bildirib.
 
Alpər