Xəbər lenti

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalara hazırlaşır
Siyasət 23:10 16.08.2018

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətinin olduğu bəyan edib.

"Bloomberg” xatırladır ki, Vaşinqton Türkiyədə həbs edilmiş rahib Endrü Bransonun azad edilməsini tələb edir. Ankara isə rahibi terrorçuları dəstəkləməkdə ittiham edərək bundan imtina edir. Bu məqamda maliyyə nazir bildirib ki, Türkiyə rahib Bransonu azad etməsə, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Qeyd edək ki, avqustun 10-da ABŞ Türkiyənin alüminium və poladına gömrük rüsumlarını müvafiq olaraq 50 və 20 faiz yüksəldib. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da istehsal olunan bütün elektronika məhsullarına boykot elan edib və ABŞ məhsullarına rüsumıları xeyli artlrıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->