Ölkə 12:29 27.04.2016

ABŞ Türkiyəyə terror xəbərdarlığı etdi

ABŞ Türkiyədəki vətəndaşlarına turistik bölgələrdə terror təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.

Qaynarinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki vətəndaşlarına göndərdiyi elektron məktublarda terror təhlükəsi olduğunu qeyd edib. “Təcili mesaj” başlığı ilə göndərilən məktublarda “Terror təşkilatları Türkiyədəki məşhur turistik mərkəzlərə hücum imkanı axtarır. ABŞ bu barədə bir sıra dəlillər əldə etməyi davam etdirir”, - ifadələri yazılıb.

Göndərilən elektron məktublarda Türkiyədəki xarici turistlərin terror təşkilatları tərəfindən hədəf alındığı da qeyd edilib.

Qaynarinfo.az