Siyasət 23:32 28.01.2022

ABŞ Ukraynaya 81 tonluq növbəti hərbi yardımı çatdırdı

ABŞ bu gün Ukraynaya hərbi yardımın növbəti partiyasını təhvil verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Oustin məlumat yayıb.

O qeyd edib ki,  yardıma "Javelin" kompleksləri, döyüş sursatı və avadanlıqlar daxildir.

Eyni zamanda Ukraynanın müdafiə naziri Aleksey Reznikov da hərbi yardımın gəldiyini təsdiqləyib:

"Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları çatdırılıb, gələn həftə biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi-texniki yardımla növbəti ABŞ  təyyarəsini gözləyirik".