Dünya 20:43 09.12.2013

ABŞ və Avropa Birliyindən Yanukoviçə XƏBƏRDARLIQ


ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett Yanukoviç iqtidarını diqqətli olmağa çağırıb.
Musavat.com-un Ukrayna saytına istinadən verdiyi xəbərə görə, səfir twitter səhifəsində yazıb: “Dinc nümayişlər dialoq və zor tətbiq edilməməklə davam etməlidir... Dünya baxır. Şansı itirmək olmaz”.

Öz növbəsində Avropa Birliyinin Ukraynadakı səfiri Yan Tombinskiy bəyanat yayaraq rəsmi Kiyevi “dinc nümayişlərə qarşı əsassız güc tətbiqi və xüsusi təyinatlılardan istifadənin yol verilməzliyi” haqda xəbərdar edib.

Səfir həmçinin, hökumətə ifadə və toplantı azadlıqlarına hörmətlə bağlı götürdüyü öhdəliyi xatırladıb və onu siyasi böhranı dialoq və başqa uyğun vasitələrlə həll eləməyə çağırıb.

Qaynar.info