Dünya 14:26 17.12.2018

ABŞ və Taliban nümayəndələri görüşəcək

ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad bu gün Taliban terror təşkilatının üzvləri ilə görüşəcək.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq görüşə Səudiyyə Ərəbistanı və Pakistandan da nümayəndələr qatılacaq. Görüş barədə Pakistan prezident İmran Xan ötən həftə məlumat vermişdi. 

Sülh danışıqlarının sonunda 17 il davam edən müharibənin yekunlaşması gözlənilir. Taliban 2001-ci ildən bəri ABŞ, NATO və Əfqanıstan ordusu ilə müharibə şəraitindədir. ABŞ terror təşkilatı ilə mübarizəyə 1 trilyon dollar pul xərcləyib və 2400 əsgərini itirib.

Gülşən