Dünya 15:42 29.12.2017

ABŞ və Türkiyə arasında viza böhranı sona çatdı

ABŞ-ın Ankara səfirliyi 28 dekabr tarixindən etibarən qeyri-miqrant vizalarının verilməsini bərpa edib.

Qaynarinfo Habertürk-ə istinadən xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi "28 dekabrdan etibarən qeyri-miqrant vizaları Ankaradakı səfirlik və İstanbuldakı konsulluqdan veriləcək və vətəndaşlar üçün əlavə görüş vaxtları təyin ediləcək" açıqlaması ilə çıxış edib.

Qeyd edək ki, 8 oktyabrda ABŞ Türkiyə səfirliyində işləyən əməkdaşının həbsinə etiraz əlaməti olaraq Türkiyə vətəndaşlarına qeyri-miqrant vizalarının verilməsini dayandırmışdı. Daha sonra isə Türkiyə bu addıma cavab olaraq eyni qərarı qəbul etdi və ABŞ vətəndaşlarına viza verilməsini dayandırdı.

Gülşən