Dünya 12:11 01.04.2018

ABŞ və Türkiyədən ortaq Menbiç qərarı

ABŞ və Türkiyə ortaq menbiç qərarı qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Ümid Yalçın və ABŞ xarici işlər nazirinin köməkçisi Con Sallivan arasında görüş keçirilib və Menbiçdə ortaq irəliləmə barədə razılıq əldə edilib.

Qeyd edək ki, Suriyanın Afrin şəhərini PKK-PYD terrorçularından təmizləyən Türkiyə ordusunun növbəti hədəfi Menbiç idi. ABŞ ötən gün şəhərə əsgər göndərib. Bu addımın bölgədəki koalisiya qüvvələrini qorumaq məqsədi daşıdığı vurğulanır.

Gülşən