Dünya 10:13 06.02.2019

ABŞ Venesuela ilə sərhədə hərbçilər yığır

Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Kukuta şəhərinə 3 təyyarə ilə ABŞ əsgərləri göndərilib.

Qaynarinfo xəbər verir ki, Kolumbiya hava qüvvələrinə aid "C-130" yük təyyarəsi Kukutaya əsgər göndərib, daha sonra isə ABŞ əsgərləri 3 təyyarə ilə əraziyə gəlib. 

Daha əvvəl ABŞ prezidenti Donald Trampın təhlükəsizlik müşaviri Con Bolton Kolumbiyaya 5 min ABŞ əsgərinin göndəriləcəyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ hökuməti özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydonun hakimiyyətini tanıyır və hazırkı prezident Nikolas Madurodan postunu tərk etməyi tələb edir.

Gülşən