Dünya 11:29 23.09.2020

ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşub geri qayıtdı

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Nyu-Hempşirdəki Mançester hava limanından qalxdıqdan sonra təyyarəsi quşla toqquşub. 

Qaynarinfo xəbər verir ki, hadisədən sonra təyyarə təhlükəsizlik tədbirlərinə riayət etmək üçün uçduğu hava limanına qayıdıb. 

Ehtimal olunur ki, vitse-prezident və ətrafı Vaşinqtona yük təyyarəsi ilə qayıdacaq. 

Nyu-Hempşirdə Pens ABŞ Prezidenti Donald Trampın tərəfdarları ilə kampaniya görüşündə iştirak edib.
 
Alpər