Dünya 22:47 31.03.2018

ABŞ viza qaydalarını sərtləşdirir

Tramp administrasiyası ABŞ-a səyahət üçün viza verilişi qaydalarını sərtləşdirməyə hazırlaşır.

BBC-nin verdiyi məlumata görə, yaxın vaxtlarda ABŞ-a səfər etmək istəyən şəxslərin ərizəsinə baxılan zaman onların sosial şəbəkələrdəki fəaliyyətinin tarixçəsi araşdırıla bilər. Bununla bağlı ABŞ-ın Dövlət Departamenti çıxış edib. Yeni qaydalar qəbul olunsa, ərizəçilər "Facebook” və "Twitter” hesabları barədə məlumatları səfirliyə təqdim etməli olacaq.

Yoxlama zamanı ərizəçinin son beş il ərzində etdiyi paylaşımlar, statuslar həmçinin rabitə qurduğu şəxslərin kimliyi araşdırılacaq. Təkliflər qəbul olunsa, hər il təxminən 14,7 milyon insan öz sosial şəbəkə məlumatlarını ABŞ dövlət rəsmiləri ilə bölüşməli olacaq.

Yeni qaydanın yalnız ABŞ-ın vizasız səyahət statusu vermədiyi Britaniya, Kanada, Fransa və Almaniyaya şamil olunmayacağı bildirilir.(AzVision.az)