Vaşinqton bir gün kosmosa hərbi qüvvələr yerləşdirə bilər.
Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Kosmik Qüvvələrinin kosmik əməliyyatlar komandanlığının başçısı general-mayor Con Şou deyib. Onun sözlərinə görə, həmin hərbçilər Ayın hansısa bir bölgəsində yerləşə bilərlər.
Xatırladaq ki, ABŞ Kosmik Qüvvələri 2019-cu ildə yaradılıb. Təşkilatın doktrinasında deyilir ki, kosmik qüvvələr Yerdəki obyektlərə hücum edə və kiber məkanda əməliyyatlar apara bilər.
Alpər
Şərhlər