Ölkə 22:41 15.01.2020

Abşeronda bir ailənin iki üzvü dəm qazından öldü

Abşeron rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbənin H. Arif küçəsində yaşayan bir ailənin 2 üzvü hamamda dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri ər və arvadın meyitini hamamda aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.