Abşeronda elektrik xəttində partlayış yanğınla nəticələndi (YENİLƏNİB/VİDEO)

Abşeronda elektrik xəttində partlayış yanğınla nəticələndi (YENİLƏNİB/VİDEO)

Abşeron rayonunda elektrik xəttində baş vermiş partlayış yanğına səbəb olub.

Hadisə Saray qəsəbəsinin üzümlük yaşayış massivində baş verib.

Elektrik xəttində qısaqapanma nəticəsində yaxınlıqdakı quru otluq ərazi yanmağa başlayıb. Havanın küləkli olması alovun əhatə dairəsini genişləndirib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun, yaxınlıqda olan yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilir. ("Report”)

XƏBƏRLƏR
BLOGLAR