Ağcaqanadlar hansı insanları "sevir"?

Ağcaqanadlar hansı insanları "sevir"?

Hər birimiz ağcaqanadların "qurban"ı olmuşuq.

"Qaynarinfo" xəbər verir ki, ağcaqanadlar hər sancmada insan bədənindən 0, 01 ml qan sorur. Bunun nəticəsində ən yaxşı halda kəskin qaşıntı, ən pis halda isə təklükəli virusa yoluxa bilərsiniz. Və bu ağcaqanaddan qaçmaq üçün ən tutarlı səbəbdir.

Bəzi insanlar olur ki, ağcaqanadlar onları "sevir". Yəni, eyni məkanda olan 2 insandan birini ağcaqanadlar çox dişlədiyi halda digərinə yaxın belə getmirlər. 

Hər birimiz "Ağcaqanadlar məni sevir" və ya "Mənim qanım şirindi. Ağcaqanadlar məndən əl çəkmir" cümləsini ya eşitmişik, ya da demişik. Əslində isə məsələnin çox sadə izahı var. Belə ki, ağcaqanadların sizə olan marağı yediyiniz yeməkdən asılıdır. Məsələn, ağcaqanadlar pivə qəbul etmiş orqanizmi həddindən artıq çox sevirlər. Yəni, qısacası ağcaqanadları sizin nə qanınızın şirinliyi maraqlandırır, nə də sizə qarşı xüsusi sevgi bəsləmirlər. Əgər gün ərzində acı, kəskin dadlı və qoxulu yeməklərlə qidalanırsınızsa, həmin gün ağcaqanadların "hücum"undan uzaqsınız deməkdir.

Nərmin Həsənli

Qaynarinfo.Az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR