Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank tələbələrin inkişafını və uğurlu karyera seçimini dəstəkləmək məqsədi ilə növbəti dəfə Tələbə Təcrübə Proqramını açıq elan edir.
3 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr AccessBank-ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Təcrübəçilər Bankın Mərkəzi, Lökbatan, Xaçmaz, Gəncə filiallarında, həmçinin Baş Ofis - Administrasiya və Təhlükəsizlik, Daxili Audit, Biznesə Dəstək, İT İnfrastruktur və Əməliyyatlar/Texniki Dəstək departamentlərində təcrübə keçəcəklər.
AccessBank-ın Tələbə Təcrübə Proqramı ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər yalnız müsahibədən keçməlidirlər.
Seçimdə iştirak hüququ əldə etmək üçün təcrübə qazanmaq istədiyiniz istiqaməti CV formasında göstərin və
qeydiyyatdan keçin.
Müraciət üçün son tarix: 06.02.2022.
Hər kəsə uğurlar!
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
https://www.accessbank.az saytına və ya bankın sosial şəbəkələrdəki səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) daxil olmaq olar.
Şərhlər