Açıq havada maskasız gəzməyə icazə verilə bilər? (AÇIQLAMA)

Açıq havada maskasız gəzməyə icazə verilə bilər? (AÇIQLAMA)

Yaz fəslinin gəlməsi insanların əhval-ruhiyyəsinə müsbət təsir edir, amma virus səbəbindən bəzi problemlər yaşayırıq. Hətta açıq havada maska taxmaq məcburiyyəti olduğu üçün nəfəs almağımız belə çətinləşir. Hər kəsi maraqlandıran bir sual var ki, açıq havada maskasız gəzməyə icazə verilə bilərmi?

Həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, hazırda virusa yoluxanların sayı həddən artıq çoxdur:

"Havalar mülayimləşsə də, açıq havada maskanın qadağan olunması ilə bağlı təklif vermək mümkün deyil. Təmiz havada maska taxmağın fəsadları var, amma yoluxma çox yüksək olduğu üçün bu təklif aktual deyil”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR