Dünya 09:46 26.01.2018

Açıq yerlərdə siqaret çəkmək qadağan edilir - İLK DƏFƏ

Avropada ilk dəfə İsveçdə kafelərin açıq hissələrində və restoranların kənarında siqaret çəkmək qadağan edilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İsveç parlamenti bir çox açıq yerlərdə siqaret, digər tütün məmulatları və hətta elektron siqaret çəkməyi qadağan edən qanun layihəsini qəbul edəcək. İsveç Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri jurnalistlərini suallarını cavabsız qoyaraq, "bu barədə şərh olmayacaq" deyib.

Qadağan olunmuş ərazilər siyahısına avtobus dayanacaqları, idman əraziləri, oyun parkları, restoran kənarındakı terraslar və s. aid ediləcək və qanun İsveçin bütün şəhərlərinə şamil olunacaq.