Sağlamlıq 19:00 18.01.2022

Ağciyərlərdə iltihabi reaksiyanı azaltmaq üçün xeyirli məhsullar

Vidnovskaya Regional Klinik Xəstəxanasının terapevti Timur Asanov omikrona yoluxmamaq üçün nə yemək lazım olduğunu, həmçinin koronavirusa yoluxduqdan sonra pəhrizdən nələri çıxarmaq lazım olduğunu deyib.

Qaynarinfo İctimai Xəbər Xidmətinin məlumatına istinadla xəbər verir ki, həkim ruslara balıq, mal əti, qaraciyər və yumurta yeməyi tövsiyə edir. Bu məhsullar ağciyərlərdə iltihab reaksiyasını azaltmağa kömək edir.

Qoz, badam və probiotiklərlə fermentləşdirilmiş süd məhsulları, həmçinin zəncəfil, sarımsaq, kartof və digər tərəvəzlər də faydalıdır. Əgər COVID-19-a yoluxmanın qarşısını almaq mümkün deyilsə, Asanov kolbasa, qəhvə, spirt və şokoladı müvəqqəti unutmağı tövsiyə edir, çünki onlar immunitet sistemini zəiflədir və qorunma qabiliyyətini azaldır.

Alpər