İdman 12:09 28.01.2022

Acun Ilıcalı "Hall Siti"ni məşhur mütəxəssisə tapşırdı

Acun Ilıcalının sponsorluq etdiyi "Hall Siti"nin yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, komanda məşhur gürcü mütəxəssis Şota Arveladzeyə tapşırılıb. Bu haqda klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Arveladze ilə 2,5 illik müqavilə bağlanılıb.
 
48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub.
 
İngilərənin səviyyəcə ikici liqası hesab olunan Çempionşipdə çıxış edən "Hall Siti" 27 oyundan sonra 29 xalla 19-cu pillədə qərarlaşıb.
 
Səbuhi Həsənov