İdman 19:09 26.01.2022

Acun Ilıcalının klubuna qoyulan qadağa aradan qaldırıldı

Acun Ilıcalının sponsorluq etdiyi "Hall Siti" transfer qadağasının qaldırıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Açıqlamada kluba qoyulan transfer qazdağasının aradan qaldırıldığı bildirilib. COVİD-19 epidemiyasından sonra alınan kreditin ödənişinin başa çatdığı açıqlanıb.
 
Hazırda Çempionşipdə mübarizə aparan "Hall Siti" 29 xalla, 24 komanda arasında 19-cu pillədə qərarlaşıb. 

Səbuhi Həsənov