Maqazin 12:38 01.02.2019

Acundan Şeyma Subaşına 25 milyonluq zərbə

Ötən aylarda həyat yoldaşı Şeyma Subaşı ilə evliliyini bitirən "TV8" kanalının sahibi Acun İlıcalı keçmiş həyat yoldaşına toy hədiyyəsi olaraq aldığı 13 milyonluq (Təxminən 25 milyon manat) villanı satışa çıxarıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun Şeyma Subaşının ötən günlərdə verdiyi müsahibə ilə əlaqədar olduğu ehtimal olunur. Çünki boşanma protokolunda Şeymanın danışmaması üçün maddə olduğu iddia olunurdu.

Qeyd edək ki, cütlük boşandıqdan sonra Şeyma Subaşı italiyalı DJ Quaydo Seniya ilə münasibətə başlamış və Acunla olan bütün şəkillərini "Instagram" hesabından silmişdi.