4 yaşlı Fəridin ürəyi qəflətən dayana bilər.
Ağdamın Quzanlı qəsəbəsində həkim-cərrahın azyaşlı uşağı sünnət etməsindən bir neçə gün sonra 4 yaşlı Fərid Soltanov komada Bakıya gətirilib.
ANS TV xəbər verir ki, hazırda balaca Fəridin komaya düşməsinin səbəbi ilə bağlı müxtəlif versiyalar var. Uşağın atası Ramil Soltanov Kamil adında bir həkimin uşağı heç bir analiz götürmədən sünnət etdiyini deyir.
Fəridin babası Atakişi Cəfərovun sözlərinə görə isə, nəvəsini sünnət edən həkim onlara toz şəklində olan bir dərman verərək heç nədən narahat olmamağı deyib. Lakin bir müddət sonra Fəridin vəziyyəti pisləşməyə doğru gedib.
Fəridin atası, Ramil Soltanov: “Uşağı 3 gün sonra Bərdəyə aparıldıq və orda ona 500 manata yaxın reseptlik vurulan dərmandan sonra uşaq komaya düşdü ”.
Həkimlər isə 4 yaşlı Fəridin taleyindən heç də nikbin danışmadılar. Tetanus xəstəliklərin əlamətləri ilə xəstəxanaya gətirildiyini deyən Nəriman Nərimanov adına 1 nömrəli uşaq infeksion xəstəxanasının həkimi-infeksionnisti Südabə Ağakişiyeva uşağın hələ də ayıltmağa müvəffəq olmadıqların söylədi. Həkim uşağın qrip xəstəsi ola -ola sünnət edildiyini və sünnətdən sonra çılpaq gəzdiyi üçün torpaqdan infeksiya tutduğu ehtimalını irəli sürdü.
Həkim-infeksionist qıc olmaların hələ yaxın iki həftə davam edəcəyini deyərək hətta ürəyin qəflətən dayana biləcəyini də istisna etmədi. Uşağın sinir sisteminin pozulduğunu deyən Südabə Ağakişieva xəstənin taleyinin bu iki həftəni necə keçirdəcəyindən asılı olduğunu bildirdi. Bizə isə balaca Fəridə həyat üçün mübarizə aparmağa iradə-dözüm, onun valideynləri və qohumlarına isə səbr diləmək qalır.
Allah şəfa versin!
Qaynar.info
Şərhlər