Video 23:02 21.02.2019

Ağdaşda canavarlar sürüyə hücum edib (VİDEO)

Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib.

Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.