Ölkə 12:00 29.03.2018

Ağdərədə britaniyalılar minaya düşdü: 3 ölü, 2 yaralı

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə minalardan təmizləmə zamanı baş verib.

Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.

Hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.