Ölkə 13:03 04.02.2022

Adil Qeybulla SN-ə təyin olunan yeni müavinlərdən danışdı

"Çalışmalıyıq ki, səhiyyəni bir sistemə çevirək”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Prezident İlham Əliyevin Səhiyyə Nazirliyinə yeni müavinlərin təyinatı ilə bağlı sərəncamını şərh edərkən deyib.
 
Onun sözlərinə görə, bunun üçün səhiyyə islahatlarını sona çatdırmaq lazımdır:

"Çalışmalıyıq ki, bütün ölkə üzrə İcbari Tibbi Sığorta normal tətbiq olunsun. Dövlətin səhiyyə siyasətini həyata keçirən bir orqan kimi Səhiyyə Nazirliyi bu prosesdə aktiv iştirak edə bilər. Ümidvaram ki, bu işlər həyata keçər. Yeni rəhbərlikdə bu işlərin təşkilatçısı kimi şıxış edər”.

Adil Qeybulla Səhiyyə nazirinin yeni təyin olunan müavinlərindən ikisini yaxından tanıdığını vurğulayıb:

"Nadir Zeynalov, İlqar Qasımovu şəxsən tanıyıram, biri ilə kafedrda, digəri ilə xəstəxanada işləmişik. Mütəxəsis və insan olaraq müsbət keyfiyyətlərə malikdirlər. Hər üçünə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamı ilə İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov Səhiyyə Nazirliyinə yeni müavinlər təyin olunublar.

Bahar Rüstəmli