"Dünyada baş verən prosesləri nəzərə alsaq, bu gün bəzi ölkələrdə ikinci dalğa başa çatıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci ildə Avropada COVID-19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlığına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, dalğa infeksiyanın müəyyən qədər inkişaf etməsidir:
"Azərbaycanda bu gün baş verən proses ikinci dalğa yox, ikinci mərhələdir. Virusun mutasiyaya uğrayıb ikinci mərhələyə keşməsidir. Bütün dünyada artım müşahidə edilib. ÜST üçüncü dalğa nəyə deyir? Hələ ikinci dalğa başa çatmayıb, bunlar 3-dən danışır. Virus 42 ölkədə yayılmışdı, amma ÜST buna pandemiya demirdi. Əslində isə elə həmin vaxtdan deyilməliydi. Bu yanaşmalardan deyil, bugünkü reallıqlardan çıxış etməliyik. Bu dalğa olacaq, sonra o dalğa gələcək... Bu münəccimlikdir”.
Adil Qeybulla bildirib ki, belə açıqlamalardansa virusun yayılmasının qarşısını almaq üçün ətraflı tədbirlər görmək lazımdır: "Təkliflər ürəli sürülməlidir”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro 2021-ci ildə Avropada COVID-19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Devid Nabarro "Onlar yay aylarında zəruri infrastrukturu qurmaq imkanını əldən verdilər. İndi ikinci dalğa baş verir. Əgər onlar lazımi strukturu indi qurmasalar, onlarda gələn ilin əvvəlində üçüncü dalğa olacaq”, – deyib.
Bahar Rüstəmli
Şərhlər