Ölkə 11:20 03.12.2020

Adil Qeybulla: “Vəziyyəti pis idi, aparata qoşmuşdular...”

"Bir həftə idi ki, Adil İsmayılovun vəziyyəti ağır idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla hüquq müdafiəçisi Adil İsmayılovun ölümündən danışarkən deyib. O bildirib ki, vəziyyəti ilə əlaqədar Adil İsmayılov süni nəfəs aparatına qoşulmuşdu:

"Mən onun koronavirusa yoluxduğunu bildirdim. Hardasa bir həftə olardı ki, məlumat almışdım. Vəziyyəti pis idi, aparata qoşmuşdular. Çox heyif...”

Qeyd edək ki, bu gün səhər tanınmış hüquq müdafiəçisi Adil İsmayılov dünyasını dəyişib. Onun ölümünə səbəb COVİD-19 virusu olub.

Bahar Rüstəmli