Xəbər lenti

AFFA 6 klubu Premyer Liqadan uzaqlaşdırdı
İdman 21:24 30.04.2013

AFFA 6 klubu Premyer Liqadan uzaqlaşdırdı

Bu gün AFFA-nın Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib.

İclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və "Tərəqqi" FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və "Tərəqqi" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin:

AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, "Simurq" PFK.

2. 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin:

"Rəvan" FK, "Sumqayıt" FK.

3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə qaydalara uyğun olaraq "Kəpəz" PFK, "Turan" PFK, "Qaradağ-Lökbatan" FK, "Ağsu" FK, "Neftçala" FK, "Lokomotiv" FK-nın 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.

4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->