İdman 15:04 11.02.2019

AFFA bu gün əsas milliyə baş məşqçi təyin edəcək

Bu gün AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında qurum İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxildir. 
 
İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, A milli komandaya əsas namizəd xorvatiyalı Nikola Yurçeviçdir.