İdman 16:21 01.06.2019

AFFA bu məsələləri müzakirə edəcək

İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, "Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq bazasında təşkil ediləcək iclas saat 18:00-da başlayacaq.
 
İclasın gündəliyinə I Divizion və Premyer Liqa, Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlər daxil edilib.