İdman 17:08 25.02.2014

AFFA polşalı qapıçını cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXIII turunun oyunlarında baş verənlər qayda pozuntularına hüquqi qiymət verilib.

“Xəzər Lənkəran”la qarşılaşmanın 90+1-ci dəqiqəsində qırmızı vərəqə alan AZAL-ın futbolçusu Aleksandr Şemonayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. “Qəbələ” – “Rəvan” matçında hər iki komanda cəzalanıb. Meydan sahibləri 4, qonaqlar 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ödəməli olacaq.

Oyunun 74-cü dəqiqəsində qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Rəvan”ın qapıçısı Lukas Sapela daha ağır cəza alıb . Polşalı əlcək sahibi 3 oyunluq cəzalanıb, klubu isə 2000 manat cərimə olunub.

Qaynar.info