İdman 15:45 20.08.2018

AFFA "Qəbələ"nin baş məşqçisini milli komandaya gətirdi

15 yaşadək futbolçulardan ibarət yığma komandamıza baş məşqçisi təyinatı olub.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub.

Qeyd edək ki, Xəlilovun rəhbərlik etdiyi "Qəbələ”nin U-19 komandası ötən mövsüm AFFA-nın Gənclər Liqasının qalib olub.