İdman 12:43 26.05.2018

Afrika ölkəsi "Arsenal"ın sponsoru oldu: əhali acından ölür, prezident isə...

Şərqi Afrika ökələrindən olan Ruanda İngiltərənin "Arsenal" klubuna sponsorluq edəcək.

Qaynarinfo xəbər verir ki, bundan sonra London klubunun əsas, gənclər və qadın komandalarının formalarının qol hissəsində "Visit Rwanda" (Ruandanı ziyarət edin) yazılacaq. 
 


Ölkənin bu reklam anlaşmasına görə, "Arsenal"a ildə 13 milyon dollar ödəyəcəyi deyilir. Bu Premyer Liqada formanın qoluna vurulan reklama görə indiyədək imzalanmış ən bahalı anlaşmadı. 

Uzun illər vətəndaş müharibələrinə və soyqırımılara məruz qalan ölkənin məqsədi turist cəlb etməkdi. Ruanda dünyanın ən kasıb ökələrindən biri hesab olunur. 12 milyondan artıq əhalisi olan ölkədə illik maaş orta hesabla 754 dollardı. "Arsenal"a ödəniləcək məbləğ 17241 nəfərin 1 illik qazancına bərabərdi. 

Qeyd edək ki, Ruanda prezidenti Paul Kaqame çılğın "Arsenal" fanatıdı. Hətta o, bir müddət əvvəl verdiyi açıqlamasında "Mənim sevimli klubum "Arsenal" Arsen Venger kimi bir məşqçini belə yola salmamalı idi. Venger "Arsenal"dan kuboksuz ayrılır. Bunun günahkarı klubun sahibləridi" demişdi.

Aydın