Dünya 15:49 19.02.2019

Afrika ölkəsində bütün radiolar Vatikanın nəzarətinə keçdi

Afrika ölkəsi Anqolada bəzi radiolar Vatikanın nəzarətinə keçib.

Qaynarinfo xəbər verir ki, Avropa dəstəyi ilə milli radioda nəzarəti ələ keçirən Vatikan seçki öncəsi təbliğat kampaniyası aparır. Kilsənin və din xadimlərinin iştirakı ilə "Radio Ecclesia"da "Jurnalistlərin səsi" layihəsinə start verilib. Radio vasitəsilə Avropa İttifaqı və Katolik Kilsəsinin təbliğatı aparılır. 

Anqolanın sosial əlaqələr üzrə dövlət katibi Kelso Malavoloneke addımı yüksək qiymətləndirib və Aİ ilə "Radio Ecclesia" arasında əlaqənin yaradılmasını müsbət addım kimi qiymətləndirib. Aİ-nin Anqola heyətinin nümayəndəsi Rakel Luz isə "Jurnalistin Səsi" layihəsini demokratiya və insan haqlarını dəstəkləmək məqsədi daşıdığını dilə gətirib. 

Qeyd edək ki, layihə üçün müəyyən vəsait ayrılıb və Anqolanın bütün bölgələrinə yayım həyata keçiriləcək.