İdman 12:40 04.02.2022

Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

Kamerunda təşkil olunan Afrika Millətlər Kubokunda (AFCON) finalçılar müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, tarixində üçüncü dəfə finala çıxan, lakin heç vaxt çempionluq qazana bilməyən Seneqal Misirlə qarşılaşacaq. Seneqal millisi yarımfinalda Burkino Fasonu yenərək adını finala yazdırmışdı.

7 qat Afrika çempionu Misir isə yarımfinalda Kamerunu penaltilər seriyasında mübarizədən kənarlaşdıraraq final sevinci yaşayıb. 

Bu da o anlama gəlir ki, AFCON-un finalında qitənin ən yaxşı futbolçuları arasında yer alan "Liverpul"un üzvləri Sadio Mane və Mohamed Salah öz ölkələrinin yığmalarının heyətində bir-biriləri ilə üz-üzə gələcək. 

Çempion fevralın 6-da "Olembe" stadionunda baş tutacaq final matçında müəyyənləşəcək.

Səbuhi Həsənov