Dünya 12:02 19.03.2018

Afrində partlayış: 11 ölü

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı çərçivəsində 4 mərtəbəli binada partlayış meydana gəlib.

Qaynarinfo xəbər verir ki, PKK-YPG terrorçularından təmizlənən Afrin şəhər mərkəzində axtarış aparılarkən partlayış meydana gəlib və 7 mülki vətəndaş, 4 Azad Suriya Ordusu üzvün həlak olub. Partlayış meydana gələn ərazidə 4 metr çuxur yaranıb və bir çox bina yararsız hala düşüb. 

Qeyd edək ki, PKK-YPG və İŞİD terrorçularına qarşı təşkil edilən əməliyyatlarda TSQ-yə ASO üzvləri dəstək verir.

Gülşən