Dünya 14:58 29.01.2018

Afrində qadın terrorçu özünü partlatdı (FOTO)

Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD-yə qarşı "Zeytun budağı" əməliyyatını həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə qarşı canlı bomba ilə edilən hücumun qarşısı alınıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cindərəs yaşayış məntəqəsindəki Əl Həmmam kəndində 20 yaşlı PKK üzvü olan suriyalı qadın Türkiyə ordusuna aid tanklara yaxınlaşaraq özünü partlatmağa cəhd edib. Lakin qadın istəyinə nail olmadan vurularaq öldürülüb. 

Qeyd edək ki, terrorçu qadın Avesta Xabur kod adlı Zeluh Hemo olub.

Gülşən