Foto 18:29 21.01.2018

Afrindən Türkiyəyə 3 raket atıldı: 1 ölü, çox sayda yaralı var (FOTO/VİDEO)

Suriyanın terror təşkilatı YPG-nin işğal altındakı Afrin bölgəsindən Türkiyəyə raket hücumu olub.

Qaynarinfo xəbər verir ki, Hatayın Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlər Rıfat Bahadırlı küçəsindəki bir evə, Cümhuriyyət küçəsindəi bir iş yerinə və Tayfur Sökmen küçəsinə düşüb.

Reyhanlının bələdiyyə sədri Hüseyn Şanverdi bildirib ki, raket hücumları zamanı bir suriyalı həlak olub, 2-si ağır olmaqla 32 yaralı var. 

Dünən axşam Suriyadakı PKK/PYD terror təşkilatı tərəfindən Kilisin mərkəzinə 4 raket atılmışdı. Nəticədə 1 nəfər yaralanmış, iş yeri və evlər ziyan çəkmişdi.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu dünəndən Afrində anti-terror əməliyyatlarına başlayıb. İndiyə qədər artıq 4 kənd PKK/PYD terror təşkilatından azad olunub.

Aydın