Ekonomiks 11:22 18.12.2018

Aİ-dən Bolqarıstana 77 milyon avro cərimə

Avropa İttifaqı Bolqarıstan Energetika Şirkətini 77 milyon avro cərimələyib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, cəza dövlətə məxsus Bolqarıstan Energetika Şirkətinin 2010-2015-ci illərdə rəqiblərinə qaz sahəsində fəaliyyətə maneə yaratdığı üçün verilib. Energetika naziri Temenujka Petkova isə ölkədə energetika sahəsində özəlləşdirmə aparılmasının yolverilməz olduğunu dilə gətirib. 

Cəriməni ödəmək üçün 3 ay vaxt verilib.

Gülşən