Foto 11:16 28.07.2018

Ağır xəstəlikdən əziyyət çəkən əməkdar artistin son FOTOLARI

Ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist Həsənağa Sadıqova sənət yoldaşları baş çəkib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, onlar arasında xalq artisti Ənvər Sadıqov, müğənnilər Hacı Nazim, Emil Bədəlov və başqa musiqiçilər də olub. 
 
Qeyd edək ki, Həsənağa Sadıqov onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəlik ucbatından günü-gündən arıqlayan Həsənağa Sadıqov tanınmaz hala düşüb. Bir neçə gün öncə sənətçinin oğlu Elşən Sadıqov atasının müalicəsinin xaricdə mümkün olduğunu və bunun üçün köməyə ehtiyac olduğunu bildirib.