Xəbər lenti

Akademiklər geri çəkildi - “Qaynar xətt”in fəaliyyəti bərpa olundu
Ölkə 15:47 28.01.2021

Akademiklər geri çəkildi - “Qaynar xətt”in fəaliyyəti bərpa olundu

AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Qaynar xətt”inin fəaliyyəti bərpa olunub.

Bu barədə İnstitutun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, pandemiya dövründə tətbiq edilən davamiyyət rejimi əməkdaşların tam olaraq işə gəlməyinə yol vermədiyi üçün "Qaynar xətt”in aktiv işləməsi mümkün olmayıb. Vurğulanıb ki, pandemiya şərtlərinin yumşaldılması ilə paralel olaraq, xəttin işi artıq bərpa edilib.

O da əlavə olunub ki, "Qaynar xətt”in rəhbəri dosent Elçin İsmayılovdur. "Qaynar xətt”ə müraciət etmək istəyənlər bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (012) 538-06-37

Xatırladaq ki, yanvarın 27-də professor Qulu Məhərrəmli "Facebook”da status paylaşaraq, AMEA-nın Dilçilik institutundakı "Qaynar xətt”in fəaliyyətinin  dayandırıldığını, sistemin ləğv edildiyini, kompüterlərin söküldüyünü, otağın da hansısa şuraya verildiyini qeyd etmişdi. O, dövlətin müasir dil quruculuğu siyasətinə, "Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab etmişdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->